Haqqımızda

Düzgün istiqamət, keyfiyyətli təhsil.

MQ Akademiyası müasir və keyfiyyətli təhsil prinsiplərinə əsaslanaraq fəaliyyət göstərən təhsil mərkəzidir. Akademiyamızın əsas məqsədi tələbələrin bilik və bacarıqlarını inkişaf etdirmək, onların akademik və şəxsi uğurlarına dəstək olmaqdır.

Peşəkar müəllim heyəti, müasir tədris yanaşması və tələbəyönümlü sistem vasitəsilə hər bir tələbənin potensialını üzə çıxarmağa çalışırıq. Bizim üçün təhsil yalnız dərs keçmək deyil, eyni zamanda tələbələrin inkişafına dəstək olmaq, onlara motivasiya vermək və gələcəyə daha inamla hazırlaşmalarına kömək etməkdir.

MQ Akademiyası olaraq inanırıq ki, düzgün istiqamət və keyfiyyətli təhsil uğurun ən vacib addımlarından biridir. Məqsədimiz tələbələrimizin gələcəyinə dəyər qatmaq və onların uğur yolunda etibarlı dəstəkçisi olmaqdır. Hazırda 4 filialımız vasitəsilə yüzlərlə tələbənin inkişaf yolunda yanında olmağa davam edirik.

«Hər bir tələbənin potensialını üzə çıxarırıq.»

4
Filial
Bakı & Abşeron
8
Tədris sahəsi
Proqram
MQ Akademiyası tədris mühiti
MQ
MQ Akademiyası
Bakı & Abşeron · 4 filial
KİMLƏR ÜÇÜN

Akademiya kimlər üçündür?

Azyaşlı məktəblilər
İbtidai hazırlıq, oxu, yazı, məntiqi inkişaf
Çətinlik çəkən şagirdlər
Fərdi proqram, zəif fənlərin gücləndirilməsi
Abituriyentlər
DİM-ə hazırlıq, yüksək bal, arzuladığın ixtisas
Dil öyrənənlər
General English, IELTS, kommunikativ metod
Magistr namizədləri
Magistratura imtahanı, ixtisas dərinliyi
Yay tətilindəki uşaqlar
Yay məktəbi, əyləncəli intellektual inkişaf
Yaşınızdan və hədəfinizdən asılı olmayaraq — əgər məqsədiniz keyfiyyətli təhsil və real nəticədirsə, MQ Akademiyası sizin üçündür.
BİZİM YANAŞMA

Bizi fərqləndirən dörd prinsip.

01

Peşəkar müəllim heyəti

Öz sahəsinin mütəxəssisi olan, müasir metodikalarla dərs tədris edən pedaqoqlar.

02

Fərdi yanaşma və diqqət

Hər bir tələbənin güclü və zəif tərəflərini analiz edir, dərsləri ehtiyaclarına uyğun tənzimləyirik.

03

Daimi monitorinq

Aylıq sınaq imtahanları və valideynlərə müntəzəm nəticə təqdimatı.

04

Zəngin kompleks tədris

İbtidaidən magistraturaya, dillərdən ofis proqramlarına — hər şey bir məkanda.

Bizim uğurumuz — sizin uğurunuzdur. Gələcəyinizi təsadüflərə deyil, peşəkarlara etibar edin.

📞 Ödənişsiz məsləhət

Uğura aparan ilk addımı

Müraciət edin, biz sizə uyğun yolu tapaq.

Geri zəng sifariş et